İsveçdə Quranın yandırılması polislə etirazçıların toqquşmasına səbəb olub
İsveçdə bir neçə gün öncə Quranın yandırılması müsəlmanların etirazlarına səbəb olub. Günlərdir müxtəlif şəhərlərdə müsəlman əhali etiraz aksiyaları keçirir. Polislə toqquşmalarda 14 etirazçının, 26 polisin yaralandığı, ən az 26 nəfərin saxlandığı deyilir.
Etirazlara səbəb Rasmus Paludan adlı ifrat sağçının “Quran yandırma” aksiyası olub. Bu zaman ərazidə ona etiraz edənlərlə polis arasında qarşıdurmalar başlayıb. Danimarka və İsveç vətəndaşı olan siyasətçi digər Avropa şəhərlərində də bənzər aksiyalara cəhd edib.
Hadisə müsəlman əhalisi çox olan Türkiyə, İran, İordaniya, Misir Səudiyyə Ərəbistanı kimi ölkələr tərəfindən qınanıb.
Kanala abunə ol – https://goo.gl/TcM9Fm
Bizə maddi dəstək ol https://cutt.ly/destek
WebSite: http://www.meydan.tv
Facebook: http://fb.com/MeydanTelevision
Twitter: http://twitter.com/MeydanTV
Google+ https://plus.google.com/+MeydanTelevision/posts
İnstagram: http://instagram.com/meydantv
__________________________________________________________________
Xəbərdən çox xəbər var. Çəkin göndərin yayımlayaq – Whatsapp : +4915777662277